Daha 3 ölkədə karantin rejimi uzadıldı
09.07.2020 19:39

Məlum olduğu kimi,  koronavirusa (COVID-19) yoluxma və ölüm faktları yenidən bir neçə ölkədə artmağa başlayıb. Bununla əlaqədar olaraq, bəzi ölkələr karantin rejimini uzatmaq haqda qərar qəbul ediblər.

 

Yoluxma statistikasında nəzərəçarpan artımlara görə, Bolqarıstan, Kolumbiya və İspaniyanın şimal şərqində yerləşən Kataloniyada da karantin rejimi uzadılıb.

 

Bolqarıstan hakimiyyəti fövqəladə vəziyyət rejimini iyul ayının sonuna qədər uzadıb. Səhiyyə naziri Kirill Ananyevin sözlərinə görə, yaxın günlərdə Bolqarıstana girişinə icazə veriləcək ölkələrin siyahısı təsdiqlənəcək. Həmin ölkələrdən gələn vətəndaşlar 14 günlük karantində qalacaqlar.

 

Kolumbiya isə karantin rejimini avqustun 1-dək uzatmaq qərarına gəlib. Bunu ölkə rəhbəri İvan Duke bəyan edib.

 

Kataloniyanın qərbində yerləşən, 210 min əhalisi olan Serqiya bölgəsində yoluxma hallarında kəskin artımların müşahidə olunduğu üçün karantin rejimi müddətsiz uzadılıb. Belə ki, bölgəyə yalnız  iş səbəbinə görə giriş-çıxışa icazə verilir.

 

Bütün kütləvi tədbirlər ləğv edilib, 10 nəfərdən insan bir araya gələ bilməz. Yaşlı insanlara evdə qalmaları tövsiyə edilib, qocalar evləri isə müvəqqəti olaraq bağlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır