Yazgül Abdıyeva: "İnsanları pandemiyanın yaratdığı gərginlikdən qorumalıyıq"
06.08.2020 11:25

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva pandemiya başlayandan öz dəyərli tövsiyələri ilə həmişə vətəndaşlarımızı qaydalara riayət etməyə, virusdan qorunmağa istiqamətləndirib. O, Operativ Qərargahın avqustun 5-dən etibarən məhdudiyyətlərin bir qisminin yumşaldılması qərarından sonra bəzi təkliflərlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edərək insanları pandemiya gərginliyindən, əsəb sarsıntısından qorumaq məqsədilə təkliflər irəli sürüb.

 

Y.Abdıyevanın "Facebook" səhifəsində paylaşdığı müraciətində deyilir:

 

“İnsanları psixioloji gərginlikdən qoruyaq!

 

Pandemiyanın geniş yayıldığı zamandan bəri ölkəmizdə pandemiya ilə mübarizəyə dair bir sıra maarifləndirmə işləri görüldü. Hazırda da çox insanlar tətbiq edilmiş bütün qaydalara əməl edirlər.

 

Lakin ictimai iaşə məkanlarının, standartlara cavab verən ticarət mərkəzlərinin açılması məqsədəuyğun olardı. Çünki bu mərkəzlərin açılması həm dövtətin iqtisadiyyatının, həm də insanların maddi rifahının yüksəlməsinə kömək edər.

 

Qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınmayan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutula bilər. (Təbii ki ,testdən keçəndən sonra)

 

Yoluxanların sayı nəzərə alınaraq mərhələli şəkildə yumşaltma tədbirləri başlaya bilər. Dövlətimizin qoyduğu qaydalara əməl edərək, sosial məsafəni gözləməklə, iş yerlərində və sosial həyatda gigiyenik qaydalara əməl etməklə ictimai iaşə məkanlarının, ticarət mərkəzlərinin və metroların fəaliyyəti bərpa edilməlidir.

 

Qaydalara əməl etməyənləri həm ictimai qınaq, həm də ciddi cərimə olunub, məsuliyyətə cəlb etmək lazımdır.

 

Qoyulmuş qaydalara riayət etməklə, işçilərin hərarəti yoxlanılmaqla və müayinədən keçməklə, xüsusi servis təşkil etməklə, onların işlərinin bərpa edilməsi mümkün ola bilər.

 

Dövlətə dəstək olmaq məqsədilə insanlar kömək etməyə hazırdırlar.

 

- Hər hansı mərkəzin iş fəaliyyətinin bərpa olunması üçün ciddi qaydalar tətbiq edilib, buna nəzarət olunmalıdır. Əgər həmin mərkəzlər xəstəliyin qorunmasına görə standarta uyğun deyilsə icazə verilməsin!

 

- İaşə mərkəzləri, metrolar, ticarət mərkəzlərinin və digər müəssələrin fəaliyyət göstərmələri üçün tədbirlər planı hazırlanmalıdır!

 

Məsələn, restoranlar üçün TƏDBİRLƏR hazırlansın!

 

- Sosial məsafənin gözlənilməsinə çətinlik yaradan kafe va restoranlar kimi, müəssisələrin fəaliyyətinin bərpası üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədəuyğun olardı.- Masalar arasında ən az 1,5 metr, stullar arasında 60 sm məsafələr;

 

- Yemək masaları və mebellər, masa üstü avadanlıqlar hər müştəridən sonra spirt əsaslı məhsullarla təmizlənsin;

 

- Süfrədə birdəfəlik duz, salfet, əl üçün dezinfeksiya geli və s olsun;

 

- Mətbəxlərdə təmizlik protokolu olsun və mütəmadi olaraq qeyd olunsun;

 

- Qida daxilolma, hazırlıq, emal və xidmət tədarükünə mərhələlər əsasında tətbiq ediləcək qida təhlükəsizliyi tələbləri müəyyən edilsin.

 

- Nümunələr hər gün götürülsün və müayinə edilsin, işçilərə qoruyucu geyim verillsin və mütəmadi olaraq onların temperaturu yoxlanılsın və s...

 

Nəzərə almağınızı xahiş edirik!”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır