“Pfizer”/“BioNTech” peyvəndi yaşlı xəstələrdə ölümə səbəb olur? - ÜST AÇIQLADI
22.01.2021 14:49

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitəsi “Pfizer”/“BioNTech” peyvəndinin (BNT162b2) yaşlı xəstələrdə ölümə səbəb olması ilə bağlı iddialara münasibət bildirib.

 

Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitə yanvarın 19-da bu məsələ ilə bağlı virtual formatda müzakirələr keçirib. 

 

Avropa Dərman Agentliyindən (EMA) və Uppsala Monitorinq Mərkəzindən onlayn görüşə dəvət olunmuş mütəxəssislər, BNT162b2 ilə peyvənd edildikdən sonra Avropada və ÜST-ün qlobal məlumat bazasında qeydə alınan ölümlərin icmalını müzakirə ediblər.

 

Bildirilib ki, yaşlı insanların ölüm hallarında gözlənilməz və ya qeyri-müəyyən bir artım və ya BNT162b2 tətbiqindən sonra mənfi hallar qeydə alınmayıb: “Mövcud məlumatlar ölümlə nəticələnən hadisələrdə peyvəndin hər hansı təsirini təsdiqləmir. Bu baxımdan komitə, BNT162b2-nin fayda-risk balansının yaşlılarda əlverişli olduğunu düşünür və hazırda bu peyvəndin təhlükəsizliyi ilə bağlı tövsiyələrə yenidən baxılmasını təklif etmir. Ölkələr peyvəndlərin təhlükəsizliyini izləməyə davam etməlidir. Komitə şübhəli hallara dair məlumatların - milli, regional və qlobal şəkildə toplanaraq nəzərdən keçirilməsini tövsiyə edir”.

 

Qeyd edək ki, yanvarın 14-də Norveç Dərman Agentliyi ölkədə COVID-19 peyvəndi vurulduqdan sonra ən azı 23 nəfərin ölümü barədə məlumat yayıb. Ölənlərin yaşlı şəxslər olduğu bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır