Qarabağ qazisinə süni ürək köçürülüb - FOTOLAR
21.01.2021 14:26

Qarabağ qazisinə süni ürək köçürülməsi əməliyyatı icra edilib. Artıq əməliyyatdan 3 ay keçib və o normal həyatını yaşadığını bildirir.

 

Xocalı hadisələrinin canlı şahidi, Birinci Qarabağ Müharibəsi qazisi Xəqani Səlimova Ege Hospitalda süni ürək köçürülüb. Əməliyyatı ürək-damar cərrahı, millət vəkili, T.e.d Rəşad Mahmudov icra edib. Əməliyyatda həmçinin Ege Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyəsi Kafedrasının müəllimi, ürək və damar cərrahı Prof.Dr Tahir Yağdı və Ege Hospital komandası iştirak edib.

 

Qarabağ qazisi Xəqani Səlimov 18 sentyabrda vəziyyətinin ağırlaşdığını, yaxşılaşmasına ümidin olmadığı üçün xəstəlik tarixçəsinə baxdıqdan sonra heç kimin onu qəbul etmək istəmədiyini bildirib. Daha sonra Ege Hospitala üz tutan qazinin sağalması üçün burada bütün imkanlar səfərbər edilib, ən kiçik bir şans belə qiymətləndirilib.

 

Qazini əməliyyat etməyə qərar verən Dr.Rəşad Mahmudov bu əməliyyatın sadəcə bir insanın həyatının qurtarılması deyil, həm də başqa mənəvi dəyər daşıdığını qeyd edərək “Çünkü bu həm də Xocalıdan uzaq düşmüş Azərbaycan əsgərinin qayıtma şansını, ümidləri doğrultma əməliyyatıdır” deyib.

 

Qazi əməliyyatın keçirildiyi ərəfədə həyatında əlamətdar hadisənin baş verdiyini, ilk nəvəsinin dünyaya gəldiyini və İkinci Qarabağ Müharibəsinin başladığını deyib. O, baba olmasının və Qarabağ döyüşlərindən gələn zəfər xəbərlərinin, bir gün yenidən uşaqlığının keçdiyi, böyüdü o torpaqlara qayıtma ümidinin onda yaşamaq üçün böyük stimul verdiyini də qeyd edib.

 

Dr. Rəşad Mahmudov müayinə zamanı ürəyin gücünün 12-13% olduğu və gələcəkdə canlılığın bərpası ilə əlaqədar heç bir ümidin olmadığı bir vəziyyətlə qarşı-qarşıya olduqlarını bildirib. “Hər nə qədər süni ürək transplantasiyası kimi imkanlar olsa da, bu xəstəmizdə ciddi infeksiyanın və sepsisin olması bütün bu şansları əlimizdən alırdı” deyən Rəşad həkim reanimatoloq, uzman Dr. Murat Asıliskender, infeksionist, uzman Dr. Nuri Beslen, terapevt, uzman Dr. Xəyyam Eyvazovun səyləri nəticəsində infeksiyanın, ürək çatışmazlığının nəzarət altına alındığını və xəstəni əməliyyata hazırladıqlarını qeyd edib.

 

Uğurlu keçən əməliyyatda planlaşdırılan sol mədəcik köməkçi cihazı problemsiz bir şəkildə implantasiya olunub. Sonrakı mərhələ reanimasiya, əməliyyat sonrası dövr olub və bədənin bu cihaza adaptasiyası üçün vaxta ehtiyac olub. 2 həftəlik təqiblər sonrasında xəstə sağ-salamat evinə göndərilib.

 

Qazi Xəqani Səlimov əməliyyatdan öncə Rəşad həkimin ona dəfələrlə təkrarladığı “Sən Qarabağ qazisisən. Sən yaşayıb Xocalıda məni çaya qonaq etməlisən” sözlərini xatırlayıb. Qazi başda Dr.Rəşad olmaqla, yenidən həyata qayıtmasında rol oynayan hər kəsə öz minnətdarlığını bildirib.

 

Dr. Rəşad Mahmudov Azərbaycan səhiyyəsinin, səhiyyəçisinin bu gün və gələcəkdə artan bütün imkanları ilə hər bir vətəndaşın, eləcə də əsgərin arxasında olacağını, onların sağlamlığının ən yüksək səviyyədə qorunmasına kömək edəcəyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib