Ombudsman Səhiyyə Nazirliyinə müraciət edəcək
21.01.2021 12:02

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.

 

Ombudsman Aparatından bildirilib ki, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.

 

Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, oyun zalına, mətbəxə, camaşırxanaya və digər yerlərə baxışlar keçirilib, qidalanma səviyyəsi, tibbi yardımın və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 

Başçəkmə zamanı müəssisənin əsaslı təmir olunduğu və müasir avadanlıqla təchiz olunduğu müşahidə olunub. Eyni zamanda bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, mövcud maddi-texniki bazanın səmərəli istifadəsinin təşkil olunmadığı müşahidə olunub. Tibbi hissədə ilkin tibbi yardım üçün tibbi çantanın olmaması, dərmanların qeydiyyatında nöqsanlar, fizioterapiya, masaj və manipulyasiya otaqlarının istifadə olunmaması, fizioterapiya üçün nəzərdə tutulmuş aparatların işlək vəziyyətdə olmadığı müəyyən olunub.

 

Uşaqların əsasən tibbi müayinədən keçdiyi,lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə loqoped və psixoloqun olmaması uşaqların inkişafına hərtərəfli və fərdi yanaşmanın tətbiqində çətinliklər törədir.

 

Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb,saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.

 

Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib