Bakıdakı COVID-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35%-ə enib  
05.08.2020 18:41

Bakı şəhərində COVID-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35, rayonlarda isə 20%-ə enib.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

 

Onun sözlərinə görə, reanimasiya şöbələrindəki yataqlarda doluluq faizi isə hələ də yüksəkdir:

 

“Digər ölkələrdə də bu vəziyyəti görmək olar. Dünyada xəstəliyin yoluxma sürəti məhdudlaşdırılıb, lakin xəstəliyin ağır keçməsi tendensiyası var. Buna görə də reanimasiya yataqlarında doluluq var”.

 

Boş çarpayı sayının sürətlə artmasına səbəb olan amillər haqqında danışan R.Bayramlı qeyd edib ki, əvvəl orta çarpayı günü 14-15 gün təşkil edirdi:

 

“Amma təcrübə qazandıqca, xəstəliyin gedişatı barədə tibbi məlumatlar çoxaldıqca xəstələri daha erkən evə yaza bilirik. Bəzi xəstəxanalarda bu müddət artıq 7 günədək enib. Bir sıra xəstəxanalarda isə bu müddət 8-10 gündür. Təlimlər keçdikcə bu rəqəmi daha da aşağı sala biləcəyik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır