Qazaxıstanda kütləvi peyvəndləməyə fevralın 1-də başlanılacaq
19.01.2021 17:22

Qazaxıstanda koronavirusa yoluxmanın pik həddi mart ayında gözlənilir. Proqnozlara görə, mart ayında yoluxma sayı gündəlik 3 minə qədər arta bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy bildirib.

 

Nazir Rusiyanın "Sputnik V" peyvəndinin ölkədə kütləvi vurulmasına fevralın 1-dən başlanılacağını açıqlayıb.

 

Qazaxıstana “Sputnik V” peyvəndinin idxalına yanvarın 20-də icazə veriləcək. Koronavirus infeksiyasına qarşı peyvəndin mərhələli şəkildə həyata keçiriləcəyi proqnozlaşdırılır.

 

Birinci mərhələdə bu il fevralın 1-də tibb müəssisələrinin işçilərinin, ikinci mərhələdə mart ayında – ali, orta təhsil müəssisələrinin müəllimləri, üçüncü mərhələdə isə aprel ayında internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri müəllimləri, tələbələr, xroniki xəstəlikləri olan insanlara peyvənd vurulacaq.

 

Qeyd edək ki, Qazaxıstanda COVID-19 infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Son sutka ərzində 999 yeni yoluxma qeydə alınıb, ümumilikdə yoluxanların sayı 170 min 98-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib