Cənubi Koreyada quş qripinə görə 19 milyona yaxın toyuq məhv edilib
19.01.2021 09:59

Cənubi Koreyada yüksək patogenik quş qripinin (H5N8) yayılmasının qarşısını almaq üçün quşçuluq təsərrüfatlarında ümumilikdə 18,8 milyon toyuq məhv edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kənd Təsərrüfatı, Ərzaq və Kənd Məsələləri Nazirliyi məlumat yayıb. Bildirilir ki, ötən ilin noyabrından bəri ev quşlarının H5N8 virusuna yoluxması üzrə 66 hal qeydə alınıb. Sonuncu yoluxma yanvarın 17-də Kimce şəhərindəki fermada aşkarlanıb. Səlahiyyətli qurumlar həmin fermanın 3 kilometr radiusunda yerləşən bütün ev quşlarının məhv edilməsinə qərar verib. Bundan başqa, vəhşi quşlar arasında da 74 yoluxma aşkarlanıb.

 

Bu qədər ev quşunun məhv edilməsi bazara təsirsiz ötüşməyib. Belə ki, toyuq ətinin qiyməti 10 faiz, yumurtanın qiyməti isə 26 faiz artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib