ÜST: Dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18.01.2021 21:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında yaranmış uçurumu yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri ÜST-ün baş direktoru Tedros Qebreyesus təşkilatın İcraiyyə Şurasının iclasında bildirib. O, yaranmış vəziyyəti şərh edərkən qeyd edib ki, bu mənzərə “dünyanın fəlakətli mənəvi uğursuzluğun astanasında“ olduğunu nümayiş etdirir. Zəngin ölkələrin peyvənd istehsal edən şirkətlərlə bağladıqları ikitərəfli müqavilələrin sayı getdikcə artmaqdadır. Əgər ötən il ərzində 44 belə müqavilə bağlanmışdısa, bu ilin ilk günlərdə daha 12 yeni müqavilə imzalanıb.

 

T. Qebreyesus “hamıdan öncə mən“ yanaşmasının təkcə yoxsul ölkələrin əhalisinin həyatına təhlükə yaratmaqla yanaşı, eyni zamanda pandemiyanın müddətinin də artırdığını diqqətə çatdırıb. O, yüksək sayda peyvənd dozaları alan ölkələrə müraciət edərək, onları vermiş olduqları vədlərə sadiq qalmağa və yoxsul ölkələri peyvənd dozaları ilə təmin etməyi hədəf alan beynəlxalq COVAX təşəbbüsü dəstəkləməyə çağırıb. COVAX təşəbbüsü çərçivəsində 92 ölkənin əhalisi peyvəndlə təmin olunmalıdır və hələ ötən il bir sıra ölkə bu təşəbbüsə maliyyə dəstəyi göstərməklə yanaşı, öz ölkələri üçün sifariş edilən peyvənd dozalarının bir qismini həmin təşəbbüsə yönləndirəcəklərini vəd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır