Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18.01.2021 15:05

Hazırda ölkəmizdə müsbət qan qrupları üzrə kifayət qədər ehtiyat olsa da, mənfi qan ehtiyatı ilə əlaqədar vəziyyət narahatlıq doğurur. Mərkəzi Qan Bankı bununla əlaqədar vətəndaşlara müraciət edib.

 

Bankın müdiri Qumral Ələkbərova deyib: “Azərbaycanda 1500-dən çox qan transfuziya olunan xəstə var və iki-üç həftədən bir onlara qan köçürülür. Bundan başqa irsi qan xəstəliyindən əziyyət çəkənlər də var. Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün deyil və ona görə könüllü donorlara həmişə ehtiyac var”.

 

Onun verdiyi məlumata görə, COVID-19 infeksiyasına yoluxanların da bəzi hallarda qana olan ehtiyacı Mərkəzi Qan Bankı tərəfindən ödənilir. Ona görə də vəziyyət bir qədər də dəyişib: “Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. COVID-19 xəstəliyinə yoluxanlar sağalandan 28 gün sonra qan verə bilərlər”.

 

Mənfi 1, 2 və 4 qan qrupları üzrə ehtiyatlar demək olar ki, tükənmək üzrədir. 18-65 yaşında çəkisi 50 kiloqramdan çox olan hər kəs donor ola bilər. Hər donordan normaya uyğun olaraq 450 millilitr qan alınır. Lakin onu da qeyd etmək lazımdır ki, bəzi dərmanların qəbulu zamanı qan vermək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib