ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16.01.2021 14:05

İsveçrənin Cenevrə şəhərində növbəti iclasını keçirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşı çıxıb.

 

Aztibb.az xəbər verir ki, komitə hələlik belə bir sənədin beynəlxalq səfərlər üçün məcburi olmasına dair tövsiyə verə bilmir. Çünki peyvənd maddələrinin təsir gücünə dair bir çox açıq sualın olması, eləcə də bazarlarda yetərincə peyvənd dozasının yoxluğu və digər məsələlər belə sərt tələbi mümkünsüz edir.

 

Bundan başqa, komitə koronavirusun son dövrlərdə aşkarlanan yeni variantları ilə bağlı virusun genetik kodlarının diqqətlə araşdırılmasına çağırış edib. Bildirilib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik yeni ştammların daha yaxşı tədqiq edilməsi üçün beynəlxalq səviyyədə elmi əməkdaşlıq gücləndirilməli və nəticələr tədqiqatçılar arasında mübadilə edilməlidir.

 

Qeyd edək ki, ötən həftələrdə koronavirusun yeni variantlarının aşkarlanması və indiyədək 50-dən artıq ölkədə onlara rast gəlinməsi komitənin iclasının daha erkən keçirilməsinə səbəb olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır