Türkiyədə aparılan vaksinasiya prosesi dünyanın bir sıra ölkələri tərəfindən yaxından izlənilir
16.01.2021 13:52

Türkiyədə tətbiq olunan əhalinin vaksinasiyası prosesi dünyanın bir sıra ölkəsi tərəfindən yaxından izlənilir.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı dünya mediasında yer alan xəbərlərin əsas mövzusu peyvəndləmə prosesinin sürəti və aparılma ardıcıllığıdır. Belə ki, Türkiyədə prosesin başladığı ilk iki gün ərzində 500 mindən çox insana peyvənd vurulub. Ölkə ərazisində əhalinin peyvəndlənməsi prosesi xüsusi plan üzrə davam edir. Dörd mərhələ və müəyyən qruplar üzrə aparılan vaksinasiyanın ilk mərhələsində səhiyyə işçiləri, yaşlılar, əlillər, qoruma evlərində olan və orada işləyənlər, eləcə də yaşı 65-dən yuxarı olanlar peyvəndlənirlər. İlkin mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, səhiyyə naziri Fahrettin Koca və bir sıra dövlət nümayəndələrinə də peyvənd vurulub.

 

COVID-19 peyvəndinin yan təsirləri barədə açıqlama verən Türkiyə Prezidenti yanvarın 14-də peyvənd olunmasına baxmayaraq indiyədək heç bir yan təsir hiss etmədiyini bildirib.

 

Vaksinasiya prosesinin ikinci mərhələsində xidmət sektorunun fasiləsiz fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması üçün dövlət müəssisələrində işləyənlər peyvəndlənəcəklər. Bunlara nazirliklərin əməkdaşları, təhsil, qida və nəqliyyat sahəsində xidmət göstərənlər daxildirlər. Bu mərhələdə əhali arasında yaşı 50-64 arası olanların da peyvəndlənməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib