Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
16.01.2021 12:05

Karantin rejiminin yumşaldılması ilə bağlı hər kəsə müraciət edərək xahiş edirəm ki, nəticələr yaxşıdır, amma qorunma tədbirlərinə indiki şəkildə davam edək.

 

Aztibb.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, yeni qapanmalara getməmək üçün əlimizdən gələni edək ki, bu rejimdən çıxa bilək: “Hər birimiz vətəndaş, valideyn olaraq, məktəblərin açılmasını da istəyirik. Bunun üçün əl-ələ verməliyik və birgə çalışmalıyıq”.

 

Y.Qarayeva deyib ki, İsrail ən çox peyvənd edən ölkə olsa da, orada da 3-cü ən sərt karantin rejimi tətbiq edilir. Karantin rejiminə getməmək üçün bu gün yalnız vaksinasiya yetərli deyil: ”Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara da əməl etməlidir, vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupları mütləq olaraq, vaksinasiyaya cəlb olunmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib