İki Olimpiya İdman Kompleksi müvəqqəti olaraq xəstəxana kimi fəaliyyət göstərəcək  
05.08.2020 15:07

Yeni növ koronavirus (COVİD19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

 

Aztibb.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı xəstəxanaya baxış keçiriblər.

 

İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılan hər iki komplekslərdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar quraşdırılıb. 

 

Komplekslərdə COVİD19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınaraq komplekslərin hər birinin ərazisində 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar quraşdırılıb.

 

Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi qurulmuşdur. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilmişdir. Ümumilikdə Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin binaları qaydalara uyğun şəkildə funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun şəkildə  qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılmışdır. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib. Palatalara elektrik xətləri çəkilib.

 

Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə nəzərdə tutulmuşdur. Kompleksdə  fəaliyyət göstərən yeməkxana və çamaşırxanada tibb heyətinin istifadəsinə veriləcək.

 

Hövsan Olimpiya İdman Kompleksinin 2 idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı quraşdılıb. Hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılmış, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sitemləri çəkilmiş, sistem, avadanlıqların müvafiq yoxlanma, təmir, gücləndirmə işləri icra edilmişdir. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub