Çində COVID-19 xəstələrinin yerləşdirilməsi üçün mobil xəstəxanalar inşa olunur
15.01.2021 15:10

Çində COVID-19 virusuna yoluxanların və yoluxmaqda şübhəli bilinənlərin təcrid edilməsi üçün mobil xəstəxanaların inşasına başlanılıb.

 

Aztibb.az xəbər verir ki, mobil xəstəxanalar Çində hazırda COVID-19 virusunun sürətlə yayıldığı Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Quyin və Huancuan kəndlərində inşa olunur. Hər biri 30 hektardan çox ərazidə quraşdırılan xəstəxanalar 3 mindən artıq izolyasiya otağından ibarət olacaq. Artıq onların birində 300, digərində isə 600 otaq quraşdırılıb. Quraşdırma işlərinin bir neçə gün ərzində başa çatdırılması planlaşdırılıb. Yoluxma hallarının daha çox qeydə alındığı yaşayış məntəqələrinin sakinləri həmin mobil xəstəxanalara yerləşdiriləcəklər.

 

Çində COVID-19 xəstələri üçün qısa müddətdə mobil xəstəxanaların quraşdırılması ənənəsinin əsası ötən ilin yanvar-fevralında virusun sürətlə yayıldığı Hubey vilayətində qoyulub. O zaman Hubey vilayətinin paytaxtı Uxanda 1000 və 1600 çarpayılıq Leyşenşan və Huoşenşan xəstəxanaları 7-10 gün ərzində inşa edilmişdi.

 

Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna gündəlik yoluxma hallarının sayında artım müşahidə olunur. Gündəlik təsdiqlənmiş yoluxma sayı mart ayındakı səviyyəyə çatıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm qeydə alınıb. Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib