ÜST peyvəndlərin əksəriyyətinin cəmi 10 ölkə arasında paylanmasını tənqid edib
15.01.2021 19:37

Dünya ölkələrinin müxtəlif istehsalçıların təklif etdiyi koronavirus əleyhinə peyvənd maddələrini əldə etmək üçün apardığı “yarışı” tənqid edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək istehsal olunan peyvənd dozalarının 95 faizinin dünyanın 10 ölkəsində istifadə edildiyini açıqlayıb.

 

Təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib ki, ölkədəki epidemioloji vəziyyətin imkan verdiyi bütün ölkələr peyvənd dozalarının dünyada ədalətli paylanmasına töhfə verməlidirlər. O, Avropada hansı ölkələrin ən çox peyvənd aldığını açıqlamadan Avropanın bu istiqamətdə həmrəylik nümayiş etdirməli olduğunu söyləyib.

 

“Our World in Data“ internet saytının apardığı araşdırmalara görə, koronavirusa qarşı peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir.

 

Kluqe ÜST və onun tərəfdaşlarının hər bir ölkənin peyvənd maddələrinə çıxış əldə edə bilməsi üçün göstərdiyi səyləri bir daha vurğulayıb. Bununla əlaqədar o, həmçinin dünyanın 92 yoxsul ölkəsini peyvənd dozaları ilə təmin etməyi hədəf alan COVAX təşəbbüsünü nümunə göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır