Bəzi dərmanların qiyməti bahalaşıb - Nazirlikdən münasibət
05.08.2020 14:56

İqtisadiyyat Nazirliyi koronavirusla əlaqədar Azərbaycanda deksametazon, arbidol, anaferon və s. dərmanlara olan tələbatın artması səbəbindən baş verən qiymət artımına münasibət bildirib.

 

Aztibb.az xəbər verir ki, nazirlikdən bildirilib:

"“Dərman vasitələri haqqında” Qanuna əsasən, Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri tənzimlənir. Qiymət hesablanarkən dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, qablaşdırmadakı miqdarı, istehsal ölkəsi nəzərə alınır və qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərə uyğun satılmalıdır.

 

Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulmasıdır və İnzibati Xətalar Məcəlləsində belə hallara yol verən əczaçılıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur".

 

Belə hallarla rastlaşdıqda, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur:

 

"İndiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib (http://tariff.gov.az/documents/DVA.pdf). Dövlət qeydiyyatına alınanmaqla, “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş və qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələrinin qiymətləri ilə göstərilən ünvanda tanış ola bilərsiniz".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır