Almaniyada 234 Azərbaycan vətəndaşı tibb bacısı və xəstə baxıcısı kimi işləyəcək
15.01.2021 13:02

Almaniyada tibb bacısı və xəstə baxıcısı kimi işləmək istəyən 15 mindən çox əcnəbinin diplomu tanınıb. Onlardan 234-ü Azərbaycan vətəndaşıdır.

 

Aztibb.az xəbər verir ki, onlar Türkiyənin müxtəlif tibb kollejlərində tibb bacısı və xəstə baxıcısı kimi iki illik peşə təhsillərini tamamlayaraq, Almaniyada müvafiq xəstəxana və qocalar evlərində praktikadan keçiblər.

 

Almaniya Mədəniyyət və Təhsil Nazirliyinin məlumatına görə, əcnəbilərin diplomlarının tanınması 2016-cı ildən bəri təxminən üç dəfə artıb. Ən çox müraciət digər Avropa Birliyi ölkələri ilə yanaşı, Filippin, Albaniya və Bosniya və Herseqovina kimi ölkələrdən olub.

 

Məlumatda bildirilir ki, Almaniyada 2020-ci ilin mart ayında miqrasiya qanununa edilən dəyişiklikdən sonra bu sahədə işləmək istəyən əcnəbi vətəndaşların müraciətləri daha da artıb. Ancaq onların çoxunun peşə təhsili ilə bağlı praktikası koronavirus pandemiyası ilə bağlı keçirilə bilməyib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib