Pandemiya qurbanlarının sayı 2 milyonu ötüb
15.01.2021 12:58

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 2 milyon 2407 nəfərə çatıb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, bu günədək COVID-19 səbəbindən ən çox ölüm halı ABŞ-da qeydə alınıb - 397 min 994 nəfər. Sonrakı yerləri Braziliya (207 min 160), Hindistan (151 min 954), Meksika (137 min 916), Böyük Britaniya (86 min 15), İtaliya (80 min 848), Fransa (69 min 313), Rusiya (63 min 940), İran (56 min538), İspaniya (53 min 79) tutur.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 93 milyon 533 mindən çox insan yoluxub. Eyni zamanda, 66 milyon 834 min 935 nəfər COVID-19 xəstəliyindən sağalıb, 24 milyon 697 minə yaxın xəstənin müalicəsi davam edir.

 

Dünyada koronavirusa yoluxanların təxminən yarısı üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin isə 45 faizi dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib