Ərdoğana peyvənd tətbiq edən həkim kimdir? 
15.01.2021 11:21

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən peyvənd olunduğunu açıqlayıb.

 

Bu barədə teleqram kanalında məlumat verən Ərdoğan “Mən də peyvənd olundum”,- deyə qeyd edib.

 

Ankara Şəhər Xəstəxanasında heyəti ilə birlikdə peyvənd olunan dövlət başçısı xəstəxana çıxışında jurnalistlərə açıqlama verib: “Bizim peyvəndlər gələn kimi nazirimiz ilk peyvəndi özünün vurduracağını dedi və dünən peyvənd olundu. Başda siyasi liderlər olmaqla bütün millət vəkillərimiz bu kampaniyanı gücləndirmək üçün peyvəndlənmə nöqtələrində təşviqat aparsalar, bunun çox effektiv olacağına inanıram. 25, 30 milyon doza peyvənd gətiriləcək. Bu müddətdə ölənlərə Allahdan rəhmət diləyirəm”.

 

Ərdoğanın peyvənd olunduğu anın fotoları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər peyvəndi vuran həkimi İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğluna bənzədiblər. İmamoğlu bir tvitter istifadəçisinin “İmamoğlumu?”- deyə sual verdiyi tvitinə “Xeyr, mən deyiləm”,- deyə gülən üzlü emoji ilə cavab verib. Ərdoğana peyvənd tətbiq edən həkimin daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. İhsan Ateş olduğu bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib