Çexiyada korrupsiya qalmaqalı nəticəsində Baş Səhiyyə İdarəsinin rəhbəri istefa verib
14.01.2021 22:49

Çexiyada COVID-19-la bağlı korrupsiya qalmaqalı nəticəsində ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Pavel Brjezovski istefa verməyə məcbur olub.

 

Aztibb.az xəbər verir ki, jurnalistlərin əldə etdiyi məlumata görə, Brjezovski koronavirus əleyhinə vaksinasiya üçün prioritet siyahıya öz idarəsinin əməkdaşlarını və onların əslində, növbədənkənar vaksinasiya hüququ olmayan qohumlarını daxil edirmiş.

 

Prinsipial jurnalistlər bu informasiyanı yoxlayıb və Brjezovskini ifşa edən materialları mətbuatda dərc ediblər. Məlum olub ki, min dozaya yaxın preparat Bjezovskinin dostlarına və qohumlarına sərf edilib. Halbuki, son dərəcə qıt olan bu dərmanın tətbiqi məhz həmin korrupsioner məmura etibar edilmiş idarə tərəfindən ciddi nizamlanmalıdır.

 

Xatırladaq ki, növbədənkənar vaksinasiya hüququ məmurların dostlarına və qohumlarına deyil, xəstələrlə işləyən tibb işçilərinə, qocalar evlərindəki sosial işçilərə, habelə koronavirusa yoluxma ölümcül dərəcədə təhlükəli ola biləcək ahıl vətəndaşlara verilir.

 

Çexiya hökuməti bu məmurun yol verdiyi qohumbazlığı kəskin tənqid edib. Ölkənin Baş naziri tabeliyində olan təqsirkar məmurun istefa verməsini bəyəndiyini bildirərək deyib: “Belə hərəkətlər əsla yolverilməzdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib