Türkiyədə koronavirusa gündəlik yoluxmada sürətli artım müşahidə edilib
05.08.2020 08:38

Türkiyədə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq gündəlik yoluxma sayında yenidən sürətli artım başlayıb.


Aztibb.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, avqustun 4-də ölkə üzrə ümumilikdə 46 min 249 nəfər üzərində test aparılıb. Onlardan 1083 xəstə çıxıb. Bu göstərici avqustun 3-dəki sayla müqayisədə 88 nəfər çoxdur. Gün ərzində 18 nəfər ölüb, 994 nəfər sağalıb.

İndiyədək ölkədə 4 milyon 973 min 466 nəfər üzərində infeksiya yoxlaması aparılıb. Onlardan 234 min 934 nəfərdə infeksiya aşkar edilib. Ölənlərin sayı 5 min 765 nəfərdir. 

 

Qeyd edək ki, Qurban bayramı günlərində kütləvi toplaşma və ünsiyyətə qarşı qoyulan məhdudiyyətlərə əməl edilməyib. Səhiyyə naziri Fahrettin Koca bu vəziyyətin epidemiyanın yayılması riskini ciddi şəkildə artıracağı barədə xəbərdarlıq etmişdi. Ehtimal edilir ki, yaxın günlərdə gündəlik yoluxma sayında artım müşahidə olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır