ÜST-ün Çinə göndərdiyi ekspertlərdən ikisinin COVID-19-a yoluxduğu məlum olub
14.01.2021 14:22

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə ezam etdiyi ekspertlər qrupunun 2 üzvünün virusa yoluxduğu məlum olub.

 

Bu barədə "South China Morning Post" qəzeti ÜST-yə istinadla xəbər yayıb. Bildirilir ki, Çinin epidemiya əleyhinə qaydalarına uyğun olaraq, xaricdən Çinə gələnlər uçuş məntəqəsində yola düşməzdən 2 gün əvvəl burun-boğaz yaxma testi ilə yanaşı, qanda anticisimlərin olmasını müəyyən edən (IgM) analiz verməlidirlər. ÜST heyətinin Sinqapurda verdiyi yaxma testinin cavabı neqativ olsa da, qan analizi nəticəsində qrupun iki üzvünün daha əvvəldən virusa yoluxduğu məlum olub. Beləcə, həmin iki nəfər ÜST missiyasının tərkibində Çinə uça bilməyib. Hazırda onlar Sinqapurda gözləyirlər.

 

Qeyd edək ki, yanvarın 14-də səhər saatlarında 11 nəfərdən ibarət beynəlxalq heyət Çinin Uxan şəhərinə gəlib. Onların tərkibində Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Heyvanların Sağlamlığı Təşkilatının ekspertləri var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2 alimi isə distant formada araşdırmalarda iştirak edəcək.

 

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, beynəlxalq ekspertlər araşdırmalara başlamazdan əvvəl epidemiya əleyhinə qaydalara uyğun olaraq xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçməlidirlər. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər. ÜST-nin Baş direktoru Tedros Qebreyesus bir neçə gün əvvəlki onlayn mətbuat konfransında təşkilatın ekspertlərinin çinli həmkarları ilə birgə xəstəliyin zoonoz (heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçən yoluxucu xəstəlik) mənbəyinin aşkar edilməsi ilə bağlı elmi planlar hazırlayacaqlarını bəyan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır