Hande Harmancı: Hazırda 16 namizəd peyvənd sınaq mərhələsindədir
13.01.2021 13:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var.

 

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, ÜST təcili istifadəyə dair lisenziyalaşdırma meyarlarını müəyyən edib:

 

"Biz istehsalçıların müraciətlərini qəbul etməyə hazırıq. İndiyə qədər ən azı on şirkət bizə müraciət edib və ya ilkin sənədlərini təqdim edib. Göndərilən məlumatlar yalnız 3-cü mərhələ klinik sınaq nəticələri hazır olduqda təcili istifadə lisenziyası üçün nəzərə alınacaq".

 
H.Harmancı əlavə edib ki, hazırda 230-dan çox peyvənd inkişaf mərhələsindədir. Bunlardan ən azı 60 namizəd peyvənd insan üzərində sınaqdan keçirilir. Təxminən 16 namizəd peyvənd 3-cü sınaq mərhələsindədir:

 

"ÜST 31 dekabr tarixində Pfizer/BioNTech peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-nin İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: Moderna və AstraZeneca peyvəndləri. Yerli tənzimləyici qurumlarla yanaşı, Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi ilə yaxından əməkdaşlıq edirik".

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər