Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyalar yeni cihazlarla təchiz edilib
12.01.2021 17:28

Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq laboratoriyalar şəbəkəsinin genişləndirilməsi, eləcə də laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi sahəsində tədbirlər həyata keçirir.

 

Ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, həmçinin qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları müasir cihazlarla təchiz edilib. Hazırda institutun Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında analizin aparılması üçün müasir, yüksək həssaslığa malik unikal cihazlardan istifadə edilir.

 

Bu ilin yanvar ayında laboratoriya qida məhsullarında kənar maddələrin və bioloji fəallığa malik qida əlavələrində tərkib təyini, baytarlıq preparatlarında təsiredici və köməkçi maddələrin, baytarlıq preparatları və pestisidlərdə təsiredici maddələrin, metal qablaşdırma materiallarında element tərkibinin təyini üçün cihazlarla təchiz edilib.

 

Bununla yanaşı, xromatoqrafik analizlərdə nümunə hazırlığını asanlaşdırmaq və həssaslığı artırmaq üçün laboratoriyanın avadanlıqları sırasına ekstraksiya robotu əlavə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib