Milyarderlər koronavirusun yaradılmasında təqsirləndirilir
12.01.2021 13:17

Perunun Apellyasiya Məhkəməsinin hakimləri koronavirusun məhkəmə proseslərini iflic hala gətirdiyini bildiriblər. Onlar daha da irəli gedərək pandemiyanın “dünyanı idarə edən cinayətkar elitalar tərəfindən yaradıldığı”nı iddia edib. Milyarderlər Corc Soros, Stiven Rokfeller və Bill Qeytsi təqsirləndiriblər.

 

Bu barədə Perunun “RPP” radiostansiyası məlumat verib.

 

Belə ki, yerli məhkəmələrdən biri təcavüzdə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması barədə apellyasiya şikayətinə baxıb. Apellyasiya Məhkəməsinin hakimləri əvvəlki instansiya qərarından apellyasiya şikayətinin verilməsini rədd edərək, müttəhimə qarşı açılan cinayət prosesinin COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət səbəbindən iflic vəziyyətə düşdüyünü bildirib, hökmdə də koronavirus pandemiyasının yayılmasında adıçəkilən şəxslərin əlinin olduğunu qeyd ediblər.

 

“Dünyada heç bir hökumət, heç bir fiziki və hüquqi şəxs, heç bir cavabdehin müdafiəsi, yeni dünya düzəninin [müəllifləri] arasından yaradanlar, Bill Qeyts, Soros, Rockefeller xaricində bu pandemiyanın “proqnozlaşdırıla biləcəyini” iddia edə bilməz. Onlar bütün prosesi idarə edib və son dərəcə məxfilik şəraitində idarə etməyə davam edir ”deyə məhkəmənin qərarında qeyd olunub.

 

Təqsirləndirilən şəxsin vəkili onsuz da apellyasiya məhkəməsinin qərarının ləğvini tələb edəcəyini açıqlayaraq, bunun işə aid dəlillər əvəzinə spekulyativ ifadələrə əsaslandığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır