Qida Təhlükəsizliyi Agentliyindən yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq
11.01.2021 19:25

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad şəhəri ərazisində blutanq xəstəliyi, İsrailin Şimal vilayətinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur regionunun ərazisində Aueski xəstəliyi, Niderlandın Şimali Brabant əyalətinin və Litvanın Kaunas vilayətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa Muxtar əyalətinin ərazisində süngərvarı ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.

 

Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrailin Şimal vilayətindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litvanın Kaunas vilayətindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuzların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsraildən, Fransa və Litvadan, Niderland və İspaniya krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib