Avstriyada koronavirusa qarşı testlərdə iştirak edənlər bir sıra imtiyazlar əldə edəcəklər
10.01.2021 15:09

Avstriya hökuməti ölkədə müxalifət düşərgəsinin əsas qüvvəsi Avstriya Sosial-Demokratlar Partiyası ilə koronavirus testlərində iştirak edənlərlə bağlı razılaşma əldə edib.

 

Aztibb.az xəbər verir ki, razılaşmaya əsasən, ölkədə sərt karantin rejimi başa çatdıqdan sonra koronavirusa qarşı testlərdə iştirak edən şəxslərə bəzi imtiyazların verilməsi nəzərdə tutulur. Belə ki, əlində mənfi test cavabı olan şəxslərin kütləvi tədbirlərdə iştirakı, tətil üçün müəyyən regionlara səfər etməsi və otellərdə sərbəst qalması mümkün ola bilər. Müştərilərin həqiqətən də mənfi test arayışına sahib olmalarını və müəyyən tədbirlərdə iştirakı zamanı yoxlanışını isə müvafiq təşkilatçılar özləri həyata keçirməlidirlər. Razılaşmada, həmçinin bir sıra peşə qrupları üçün həftəlik testlərin həyata keçirilməsi də nəzərdə tutulur.

 

Hökumət nümayəndələri bildirib ki, bu razılaşma iki mühüm məqsədə xidmət edir. Bir tərəfdən ölkədə əhalini koronavirusa qarşı kütləvi testlərdə iştiraka təşviq edəcəklər və bu yolla yoluxma ocaqlarını daha tez aşkar edə biləcəklər. Digər tərəfdən isə ölkə iqtisadiyyatının bir sıra sektorları bu testlərin köməyi ilə öz axarına geri dönə bilər, kütləvi tədbir məkanları, otellər, turizm mərkəzləri, sərnişindaşıma xidmətlərinin fəaliyyəti sürətlə bərpa olunacaq.

 

Qeyd edək ki, koronavirusa qarşı kütləvi testlərin təşviqi sayəsində ölkədə ticarət və ictimai-iaşə obyektlərinin fəaliyyəti yenidən bərpa edilməli idi. Lakin müxalifət partiyaları müxtəlif səbəblərdən bu təklifin parlamentdən keçməsinin qarşısını aldılar. Hazırda SPÖ-nün razı olduğu həll variantı isə ticarət və qastronomiya obyektlərinin fəaliyyətini yenidən istisna edir.

 

Avstriya hökuməti və federal əyalət qubernatorları kütləvi testlər üçün müvafiq infrastrukturun mövcudluğunu və əhalinin bu imkandan fəal istifadə etməli olduğunu bildirirlər. Kütləvi testlərin əleyhdarları isə bu yolla ölkə əhalisi arasında ayrı-seçkilik yaradıldığını iddia edirlər və bildirilir ki, bir vaxtlar ABŞ-da ictimai nəqliyyat və məkanlarda ağlar və qaralar üçün ayrı yerlərin nəzərdə tutulduğu kimi, tezliklə Avstriyada da ictimai həyatda testdən keçən və keçməyənlər üçün fərqli yanaşmalar meydana gələ bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib