Norveç və Danimarka ərazilərinə giriş qaydaları sərtləşdirilir
10.01.2021 15:03

Norveç və Danimarka öz ərazilərinə giriş qaydalarını sərtləşdirir və vətəndaşlara xaricə səyahət etməkdən imtina etməyi tövsiyə edir.

 

Aztibb.az xəbər verir ki, Norveç hökuməti ölkə daxilində və xaricdə vacib olmayan səyahətlərdən imtina etmək çağırışı ilə ölkə vətəndaşları üçün yeni tövsiyələr hazırlayıb.

 

Ölkənin səlahiyyətli şəxsləri, ölkəyə giriş üçün əvvəlcədən qeydiyyatdan keçmə, gəlişdən 72 saat əvvəl və gəlişdən sonra 24 saat ərzində koronavirus testlərini tələb edən yeni qaydaları təqdim ediblər. Qaydalar Norveç vətəndaşlarına münasibətdə də tətbiq ediləcək.

 

Qonşu Danimarkada da hökumət vətəndaşlara başqa ölkələrə səyahət etməkdən imtina etməyi tövsiyə edib.

 

“İndi bütün dünya qırmızı zonadadır”, - deyə yoluxanların artan sayını nəzərdə tutan Danimarka xarici işlər naziri Yeppe Kofod cümə günü mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, vətəndaşlar üçün tövsiyələr ehtiyat prinsipi əsasında hazırlanıb. “Əgər siz xaricə getmək barədə düşünürsünüzsə, sadəcə bundan imtina edin”, - deyə o bildirib.

 

Hökumət öz vətəndaşlarına verdiyi tövsiyələrlə yanaşı, Danimarkaya girişi də məhdudlaşdırıb. Əsas qayda ondan ibarətdir ki, Danimarkada yaşamayan xarici vətəndaşların ölkəyə girişi qadağandır. Buna baxmayaraq, bir sıra istisnalar mövcuddur. Əcnəbilərin girişinə üzrlü səbəb və girişdən əvvəl 24 saat ərzində mənfi COVID-19 testi olduqda icazə verilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib