ÜST: Varlı ölkələr vaksinləri topdansatış qaydasında alırlar, digər ölkələr kənarda qala bilər
09.01.2021 13:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri COVID-19 virusu əleyhinə vaksin istehsalçılarını öz məhsullarını, ilk növbədə COVAX layihəsi - peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünə yönəlmiş beynəlxalq əməkdaşlıq proqramı - vasitəsilə yaymağa çağırıb.

 

Aztibb.az xəbər verir ki, ÜST-ün Baş direktoru doktor Tedros Qebreyesus bu fikri brifinqdə səsləndirib. O bildirib ki, ÜST əvvəlcə vəd edilmiş 2 milyard doza vaksini COVAX proqramı vasitəsilə ala bilmir. Çünki varlı ölkələr istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayır və vaksinləri topdansatış qaydasında alırlar.

 

Doktor Qebreyesusun sözlərinə görə, hazırda dünyada təhlükəsiz və səmərəli preparatlardan istifadə etməklə peyvəndləmə kampaniyalarına cəmi 42 ölkə başlayıb. Bu ölkələrin 36-sında gəlirlər yüksək səviyyədə, 6 ölkədə orta səviyyədədir.

 

O deyib: “Göründüyü kimi, orta gəlirli ölkələrin çoxunda hələ vaksin yoxdur, gəlir səviyyəsi aşağı olan ölkələrin əksəriyyətində isə vaksinlə bağlı ciddi problem yaranır. Biz COVAX və “ACT-Accelerator” proqramları vasitəsilə bu problemi həll edə bilərik və etməliyik.

 

Lakin varlı dövlətlər vaksinlərin çox hissəsini alıblar, bir sıra ölkələr isə, - hətta COVAX proqramına qoşulmuş dövlətlər də, - öz əhalisini vaksinlərlə təmin etmək üçün istehsalçı şirkətlərlə ikitərəfli sazişlər bağlayırlar. Nəticədə vaksinlərin qiyməti bütün alıcılar üçün artır, bu isə o deməkdir ki, ən yoxsul ölkələrin ən imkansız sakinləri yaxın gələcəkdə vaksin ala bilməyəcəklər”.

 

Onun sözlərinə görə, pandemiyaya qarşı mübarizə üçün qəbul edilmiş qaydaların pozulması bəzi adamlar üçün adət halı alır, sonra isə başqaları da ondan nümunə götürür və sonda cəmiyyətin infeksiyadan qorunması sistemi pozulur. ÜST rəhbəri daha sonra deyib: “Hər kəs bunu anlamalıdır ki, o da virusu dayandıra bilər. ÜST, ilk növbədə, sizinlə eyni mənzildə yaşamayan insanlarla, xüsusən qapalı məkanlarda görüşməməyi tövsiyə edir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır