"Başqa xəstəliyim də olduğu üçün koronavirusu ağır keçirdim"
09.01.2021 13:05

“2 həftə əvvəl koronavirus xəstəliyinə yoluxdum. Hazırda özümü normal hiss edirəm, amma tam sağalmamışam, müalicəmi evdə davam etdirirəm. 1 aya yaxındır ki, əziyyət çəkirəm, başqa xəstəliyim də olduğu üçün ağır keçirdim. Həkim deyir ki, 10-15 günə tam yaxşı olacaqsan”.

 

Bunu Moderator.az-a açıqlamasında İctimai Televiziyanın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. 

 

Kinorejissor dekabrın 25-də anasının bu xəstəlik ucbatından vəfat etdiyini bildirib: “Anamla birlikdə yaşayırdım, anam da bu xəstəliyə yoluxdu və rəhmətə getdi. Çox təəssüf ki, onun dəfnində iştirak edə bilmədim, bu, çox ağrılıdır. Çox sağ olsunlar dostlarım, həmkarlarım bu çətin günlərdə mənə dəstək oldular, kömək etdilər. Xəstəlik qapını döyəndə  dostlarını daha yaxından tanıyırsan. 

 

İnsanlar şəxsi gigiyenaya mütləq fikir versinlər, maska taxıb məsafəli gəzsinlər. Bir balaca özlərini pis hiss edən kimi qətiyyən insan içərisinə çıxmasınlar. Bunlar vacib məsələlərdir, çox təhlükəlidir. Mən özüm bütün bunlara riayət edirdim, 9 ay özümü gözlədim. Bilirəm ki, işdə yoluxmuşam, çünki biz müxtəlif insanlarla çalışırıq”.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib