ÜST: 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb
09.01.2021 10:59

“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.

 

O, bildirib ki, aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin hələlik peyvənd almadığına dair açıq problem mövcuddur: “Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və ACT-Accelerator vasitəsilə birlikdə həll etməliyik”.

 

Baş direktor koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasını məsələsinə də toxunub. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ekspertlərin Çinə səfəri ilə bağlı danışıqlar davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır