Yaralı əsgərlərlə bağlı müraciətlərin 37,4 faizi tibbi xərclərlə əlaqədardır - ASAN Xidmət
08.01.2021 21:04

Bu gün şəhid ailələrinə və qazilərə dəstək məqsədilə yaradılmış YAŞAT fondu görülmüş tədbirlərlə bağlı mətbuat konfransı keçirib. Vətən müharibəsi qazilərinin “YAŞAT” Fonduna müraciəti ilə bağlı qaydalar da açıqlanıb.

 

Qeyd edək ki, Vətən müharibəsində yaralananlar  yashat.gov.az portalının “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə edəcəklər. Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanacaq. İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək.  

 

Tədbirdə çıxış edən ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev görülmüş işlər barədə də məlumat verib. O bildirib ki, qeydə alınmış müraciətlər əsasında 2706 şəhidin 11 min 192 nəfər ailə üzvüylə görüş keçirilib: “Həmçinin 81 nəfər ağır yaralı ziyarət olunub.  2787 şəhid və yaralımızın 1483 ailə üzvünün probleminin həll olunmasına qərar verilib. Bu, bizə olunan müraciətlərin 55 faizidir. Onların 37,7 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37,4 faizi tibbi xərclər, 16, 5 faizi isə borcların qarşılanması və təhsil xərcləri ilə bağlıdır". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib