Çinin daha bir şəhərində tam qapanma elan olunub
08.01.2021 11:20

Çin Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərindən sonra vilayətin digər iri şəhəri olan Sintayda da COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən tam qapanma elan edilib. Şəhərə bütün növ nəqliyyat vasitələrinin girişi tam dayandırılıb. Heç kimin şəhəri tərk etməsinə icazə verilmir. Yalnız ərzaq, gündəlik tələbat malları və tibbi ləvazimatlar daşıyan avtomobillərin xüsusi icazə əsasında şəhərə giriş-çıxışı mümkündür.

 

Aztibb.az xəbər verir ki, cari ilin başlanğıcından vilayətdə 304 yoluxma halı aşkarlanıb. Ötən sutka ərzində isə Çində ölkədaxili 78 yoluxma qeydə alınıb ki, onun da əsas hissəsi Hebey vilayətinin payına düşür. Hebeyin səhiyyə komitəsinin məlumatına əsasən, yoluxanlardan 5 nəfərin vəziyyəti ağırdır. Hazırda hər iki şəhərdə kütləvi şəkildə koronavirus testi aparılır. Xəstəliklə mübarizəyə və kütləvi test prosesinin icrasına dəstək üçün Çinin digər şəhərlərindən Hebeyə 10 tibbi briqada cəlb olunub.

 

Qeyd edək ki, bəzi ekspertlər Çində son günlər yoluxma hallarının çoxalması fonunda ölkənin pandemiyanın ikinci dalğasının astanasında olması kimi dəyərləndirirlər. Hebey vilayəti ilə yanaşı, paytaxt Pekində, Liaonin və Heyloncian vilayətlərində də yoluxmalar qeydə alınıb. Söhbət xaricdən Çinə gələnlərdə aşkarlanan yoluxma halları yox, ölkə daxilində qeydə alınmış yoluxmalardan gedir. Hazırda Çin üzrə Şıcuacuan şəhərində bir yüksək riskli zona, habelə Hebey vilayəti, Pekin şəhəri, Heyloncian və Liaonin vilayətlərində, ümumilikdə, 8 orta riskli zona var.

 

Çinin səlahiyyətli qurumları Hebey vilayətindəki yoluxma zəncirinin Avropadan gələn virus ştammından başlandığını güman edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib