ÜST Avropa bürosunun rəhbəri: pandemiya dönüş nöqtəsinə çatıb
08.01.2021 14:07

İlk dəfə olaraq Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammı artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun 22 ölkəsində aşkar edilib. Onun insandan-insana asan ötürülməsi ilə əlaqədar olaraq, ekspertlər səhiyyə sistemlərinə əlavə yükün düşməsinin qarşısını almaq məqsədilə hakimiyyəti ehtiyat tədbirlərini gücləndirməyə çağırırlar. 

 

Bu barədə ÜST Avropa bürosunun başçısı doktor Hans Klyuge bildirib.

 

Ümumilikdə regionda koronavirus infeksiyasına 28 milyon yoluxma halı təsdiqlənib, onlardan 580 mini keçən il ölümlə nəticələnib. Beynəlxalq monitorinq sistemində iştirak edən 27 ölkədə keçən il əlavə 313 min ölüm halı qeydə alınıb. Bu, 2018-ci il ilə müqayisədə 3 dəfə, 2019-cu il ilə müqayisədə isə 5 dəfə çoxdur.

 

Hazırda ÜST Avropa regionunun 230 milyon sakini koronavirusun yayılmasını dayandırmaq məqsədilə tətbiq edilən ciddi karantin tədbirləri şəraitində yaşayır, daha bir sıra ölkə gələn həftə karantin rejimini sərtləşdirmək niyyətindədir. Regionda yoluxma səviyyəsinin göstəriciləri çox yüksək olaraq qalır – yüz min əhaliyə həftədə təxminən 150 yoluxma halı.

 

Bəzi ölkələrdə azalma müşahidə olunur, lakin doktor Klyugenin sözlərinə görə, bu, çox güman ki, tətillərlə əlaqəli ola bilər, həmin vaxt insanlar adətən həkimlərə daha az müraciət edirlər, bu səbəbdən də məlumatlar real vəziyyəti əks etdirməyə bilər.

 

ÜST Avropa bürosunun başçısının sözlərinə görə, mutasiyaya uğramış yeni ştammın peyda olunması hakimiyyəti narahat etməlidir, çünki məlumdur ki, koronavirusun bu variantı daha tez yayılmağa qadirdir. Yəni, söhbət ondan gedir ki, yoluxanların sayının çoxalması tibb müəssisələrinin işini daha da çətinləşdirə bilər. Virus özlüyündə əvvəlki variantlardan daha təhlükəli deyil, yaranan şayiələrə baxmayaraq, uşaqlarda yoluxma riski daha yüksək deyil.

 

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin ani baş verməsi hallarını diqqətlə araşdırmağı, aşkar edilən infeksiya törədicilərinin öyrənilməsini, eləcə də koronavirusun bu və digər ştammlarının dövriyyəsi parametrlərinin alimlər tərəfindən daha yaxşı anlamağa kömək etmək məqsədilə əldə edilən məlumatlarla bölüşməyi tövsiyə edir. “İndi elmdə həmrəyliyi nümayiş etdirmək çox vacibdir”, – deyə doktor Klyuge vurğulayıb.

 

Vaksinlərə gəldikdə, ÜST, ilk növbədə, tibb işçilərinin və infeksiya qarşısında həssas olan əhali qruplarının müdafiəsini təmin etməyi çağırır. Bu, səhiyyə sistemlərinin işini yüngülləşdirmək üçün lazımdır. “Sizi əmin etmək istəyirəm ki, ÜST və onun tərəfdaşları regionun bütün ölkələrinin vaksinləri əldə edə bilmələri üçün əllərindən gələni edirlər. İndi vacibdir ki, digər ölkələrə vaksinlərlə bağlı yardım edə bilən və peyvəndlərə ümumi çıxışı dəstəkləyə bilən hər bir ölkə bunu etsin. Biz kiminsə kənarda qalmasına imkan verə bilmərik”, – deyə təşkilatın Avropa bürosunun rəhbəri vurğulayıb.

 

Bütövlükdə, doktor Klyugenin sözlərinə görə, pandemiya dönüş nöqtəsinə çatıb: “İndi inadkar və tutulmaz virusa qalib gəlmək üçün elm, siyasət, yüksək texnologiyalar sənayesi və mənəvi dəyərlərdən ibarət vahid cəbhə formalaşdırmaq lazımdır”, – deyə o, bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır