Hikmət Hacıyev: "Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər"
03.08.2020 18:40

Dünya Bankı və digər təsisatlar tərəfindən 100-dən çox ölkəyə yardımlar edilib. Dünya ölkələrinin əksəriyyəti borclanmaya gedirlər, müxtəlif təsisatlardan kreditlər alırlar. Azərbaycanda isə mənzərə fərqlidir. Azərbaycan xarici borclanma siyasətini həyata keçirmir, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimiz iqtisadiyyatımızın və vətəndaşlarımızın dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

 

Regionlara gediş-gəlişlə bağlı məsələnin müzakirə olunduğunu söyləyən Hikmət Hacıyev deyib: “Hazırda bu məsələyə baxılır, müxtəlif qaydalarla bağlı fikirlər irəli sürülür. Xüsusi bir məqamı nəzərə almalıyıq ki, indi Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər. Ona görə də epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək regionlara gediş-gəliş məsələsinə baxılacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır