Müharibədən zərər çəkən uşaq və ailələrə psixososial yardım edilib
07.01.2021 18:25

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, komitədən verilən məlumata görə, layihə çərçivəsində Goranboy və Ağdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilib, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.

 

Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılmışdır. Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.

 

Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.

 

Qeyd edək ki, müharibə dövründə də Ağdam, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri müvəqqəti sığınacaqlara yerləşdirilən ailələrlə qeyd olunan istiqamətlərdə iş aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib