COVID-19-a qarşı vaksinlər necə vurulacaq? - TƏBİB AÇIQLADI
07.01.2021 18:23

Biz COVID-19-a qarşı vaksinlərin birinci dozasını vurdurduqdan 14-21 gündən sonra ikinci dozanı vuracaq, ikinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, bizim üçün nə qədər çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir.

 

Aztibb.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, birinci doza alan insanlar ikinci dozanı alana qədər yoluxma baxımından təhlükədə olacaqlar.

 

Y.Qarayeva bildirib ki, bütün dünyada vaksinasiyaya ilk olaraq tibb işçilərindən başlanılır. Çünki onlar daha çox risk qrupuna daxildirlər.

 

TƏBİB rəsmisi əlavə edib ki, bütün peyvəndlər əks-təsirlər yarada bilər: “Peyvənd zamanı bədəndə bəlli reaksiyaların olması əksinə pis deyil, yaxşı göstəricidir. Peyvənddən sonra bəlli bir narahatlıq olmalıdır və o, orqanizmin peyvəndə reaksiya verməsini göstərir. Peyvənddən qorxmaq lazım deyil. Biz bir çox xəstəliklərə peyvənd vasitəsilə qalib gəlmişik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib