Nyu-York, Braziliya və Norveçdə koronavirusun yeni ştammlarına rast gəlinib
05.01.2021 10:26

ABŞ-ın Nyu-York ştatında Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alınıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo mətbuat konfransı zamanı deyib.

 

Onun sözlərinə görə, yeni ştamma yoluxma halı Saratoqa dairəsində aşkarlanıb: "Yeni ştamma yoluxan şəxs yaxın zamanda heç bir səyahət etməyib, bu isə o deməkdir ki, virusun bu variantı cəmiyyətimizdə mövcuddur".

 

Braziliyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına iki yoluxma halı qeydə alınıb.

 

Yeni ştamma yoluxanlar Böyük Britaniyadan gəlmiş insanlarla təmasda olan 25 yaşlı qadın və onun 34 yaşlı tanışıdır.

 

Norveçdə isə koronavirusun Cənubi Afrika Respublikasında aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

 

Yeni mutasiyaya yoluxan şəxs Norveçə Cənubi Afrika Respublikasından gəlib.

 

Bildirilir ki, Norveçdə həmçinin Böyük Britaniyada aşkarlanan yeni ştamma 23 yoluxma halı təsdiqlənib.

 

Norveçli həkimlərin sözlərinə görə, hər iki ştamm daha sürətli yayılır, lakin daha ağır fəsadlara yol açmırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər