Yaponiyada dünyanın ən yaşlı qadını doğum gününü qeyd edir
02.01.2021 22:10

Yanvarın 2-də dünyanın ən yaşlı qadını Kane Tanaka anadan olmasının 118-ci ildönümünü qeyd edir.

 

Aztibb.az NHK telekanalına istinadla xəbər verir ki, K.Tanaka pandemiya dövründə yaxın qohumları ilə demək olar görüşməyib. Doğum günü münasibətilə onu qocalar evinin əməkdaşları və sakinləri təbrik ediblər. Onlar K.Tanaka üçün xüsusi mahnı oxuyublar.

 

Qeyd edilir ki, dünyanın ən yaşlı qadını 2021-ci ilin mayında Tokio Olimpiadasının məşəl estafetində iştirak etməyə hazırlaşır. Belə ki, mayın 11-də onun əlil arabasında Olimpiya məşəli ilə 200 metr məsafəni qət edəcəyi planlaşdırılır.

 

Xatırladaq ki, K.Tanaka 1903-cü il yanvarın 2-də dünyaya gəlib. 2018-ci ildən isə dünyanın ən yaşlı qadın sakini adını daşıyır.

 

Ginnesin Rekordlar Kitabına əsasən, dünyanın ən uzunömürlü sakini Fransa vətəndaşı olmuş Janna Kalmana məxsusdur. 1997-ci ildə vəfat edərkən onun yaşı 122 il 164 gün təşkil edib.

 

2020-ci ilin sentyabrına olan məlumata görə, Yaponiyada 100 yaşdan yuxarı 80 min nəfər yaşayır. Onların 88 faizi və ya 70 min 975 nəfəri qadınlardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib