COVID-19 pandemiyası ərəb ölkələrinin iqtisadiyyatına 140 milyard dollar zərər vurub
31.12.2020 09:40

COVID-19 pandemiyası ərəb regionunda iqtisadiyyata 140 milyard dollar zərər vurub. 

 

Aztibb.az xəbər verir ki, bu məlumat BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) hesabatında yer alıb.

 

Hesabatda qeyd olunub ki, pandemiyanın ikinci dalğası 2021-ci ilin ilk yarısında da iqtisadiyyatın dirçələcəyini şübhə altına alır. Belə ki, ən nikbin proqnozlar gələn il ərəb ölkələrində cəmi 2,8 faiz iqtisadi artım olacağını vəd edir. Hesabat dövründə regionun ən az iqtisadi zərərə uğramış ölkələrindən biri olan Misirdə cəmi 1,1 faiz iqtisadi artım qeydə alınıb. Bundan başqa, 2021-ci ildə ərəb ölkələrində işsizliyin 12,5 faiz, Fələstin və Liviyada 22-30 faiz artacağı gözlənilir. Körfəz Əməkdaşlıq Şurası ölkələrində isə bu rəqəm 5,8 faiz olacaq. Gənclər arasında işsizliyin səviyyəsi 27 faizə yüksələcək, bu isə miqrasiya prosesinin güclənməsi ilə nəticələnəcək.

 

2020-ci ildə ərəb ölkələrinin ixracatının həcmi 50 faiz azalıb. Gələn il bu göstəricinin 10,5 faiz artacağı proqnozlaşdırılır. Region ölkələrinin xarici borcu isə 1,2 trilyon dollara çatıb. ESCWA bu geriləmənin səbəbinin pandemiya ilə yanaşı, səmərəsiz iqtisadi idarəetmə olduğunu qeyd edib. Əlavə edib ki, 2021-ci ildə ərəb regionunda yoxsulluğun səviyyəsi 32 faizə çatacaq və daha 116 milyon insanı əhatə edəcək.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib