Baş nazir: Gürcüstanda ümumi sərt karantinin elan olunması planlaşdırılmır
31.12.2020 09:38

“Gürcüstan ərazisində ümumi sərt karantinin elan olunacağı ilə bağlı yayılan məlumatların əsası yoxdur. Ölkədə tam qapanmanın tətbiqi planlaşdırılmır”.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.

 

Onun sözlərinə görə, avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn ilin yanvarın 3-dən etibarən bağlanacaq.

 

“Biz artıq məhdudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək”, – deyə, G.Qaxaria vurğulayıb.

 

Hökumət başçısı qeyd edib ki, ölkənin səhiyyə sistemi cari epidemioloji vəziyyətin öhdəsindən gələ bilir və narahatlığa əsas yoxdur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib