Azərbaycan həkimləri PROACT-COVID-19 layihəsində iştirak edirlər
30.12.2020 23:22

Bu il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yeni növ koronovirus (COVID-19) pandemiyası elan ediləndən sonra həyata keçirilməyə başlanılan layihələrdən olan REACT-COVID-19 səhiyyə sistemlərinin qlobal epidemiyaya hazır olmasına dəstək verir. Həmin layihə Azərbaycanda da fəaliyyət göstərir. Bu ilin sentyabrından ÜST və UNICEF-in dəstəyi və Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə ölkəmizdə gələn il qlobal epidemiya ilə əlaqədar olaraq şəhər və rayon səviyyəsində sağlamlıq sisteminin gücləndirilməsi üçün təlim proqramına başlanılıb və proqramın sağlamlıq və təcili yardım sisteminin yaradılmasına dəstək olması nəzərdə tutulur.

 

Aztibb.az xəbər verir ki, proqramın əsas məqsədi çevik, mobil və səlahiyyətli sağlamlıq işçi qüvvəsinın hazırlanması, infeksiyanın qarşısının alınması, nəzarət sistemləri yaradılmasıdır.

 

Layihə Bakıda və ölkəmizin on bölgəsində həyata keçiriləcək. Layihədən sonra milli potensialın artırılması, müvafiq sahələrdə milli təcrübənin inkişaf etdirilməsi, ali tibbi təhsilə dəstəyin olması - təlim sisteminin qurulması və təşkilat potensialının yaradılması, texnologiya və rəqəmsal öyrənmə, yerli təlim mərkəzlərinin qabiliyyətiniт artırılması və təlimlərlə əlaqədar vəzifələrin asanlaşdırması nəzərdə tutulur.

 

Layihədə tərəfdaşlardan biri də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və bu qurumun əməkdaşlarıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır