“15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq dünyaya gətirir”
30.12.2020 16:37

“15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir”.

 

Aztibb.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib. 

 

Hesabatda bildirilir ki, gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələ çox önəmlidir. Komitə sədri qeyd edib ki, müşahidə edilən problemlərdən biri də cins balansının pozulmasıdır: 

 

“Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan düşür. Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir. 

 

Ölkənin müəyyən qurumlarında qadınların təmsilçiliyi də artıb. Milli Məclisdə 2005- ci ildə 13 qadın təmsil olunurdusa, hazırda bu say 22 nəfərə çatıb. İndi ölkədə 1 nazir, 3 səfir qadın fəaliyyət göstərir.  Bələdiyyə sahəsində qadınların iştirakı kifayət qədərdir.

 

Müsbət məqamlardan biri də odur ki, qeyri-neft sektoruna göstərilən qayğıdan qadınlar da faydalanır. 2020-ci il göstəricilərinə əsasən, 200 min qadın sahibkar qeydiyyatdan keçib”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər