ABŞ-da 60 milyondan çox koronavirus testi aparılıb
02.08.2020 14:36

ABŞ-da pandemiyanın əvvəlindən indiyədək 60 milyondan çox koronavirus testi keçirilib.

 
Aztibb.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

 

Donald Tramp Konqresin Nümayəndələr Palatasının komitələrinin birində dinləmələr zamanı nəyə görə Birləşmiş Ştatlarda Avropa ölkələrindən daha çox yoluxma halı qeydə alınır sualına ABŞ Milli Allergik və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçinin cavabına bu şəkildə reaksiya verib. Entoni Fauçi, həmçinin bəzi vətəndaşların infeksiyanın aradan qaldırılması üzrə tətbiq olunan sərt məhdudiyyət tədbirlərini yerinə yetirmədiyini də bildirib.

 

“O, düz demir. Biz çox sayda test apardığımız üçün digər ölkələrlə müqayisədə daha çox yoluxma halı qeydə alınır”, - deyə prezident bildirib.

 

Onun sözlərinə görə, amerikalı qubernatorların əksəriyyəti koronavirusla mübarizə çərçivəsində xeyli səy göstərib.

 

Qeyd edək ki, ABŞ-da indiyə qədər 4 milyon 747 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 157 min 396 xəstə həyatını itirib. Hazırda müalicəsi davam edən 2 milyon 247 minə yaxın xəstədən 18 min 687-nin vəziyyəti ağır qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır