Cənubi Koreyada COVID-19-a qarşı peyvəndləmə fevralda başlayacaq
28.12.2020 19:17

Cənubi Koreyada əhalinin yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndlənməsinə gələn ilin fevralında başlanılacaq.

 

Aztibb.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Ce-in yerli jurnalistlərə açıqlamasında bildirib. Hökumətin kifayət qədər peyvənd tədarükü edə bilməməsi və əhalinin vaksinasiyasının gecikə biləcəyi ilə bağlı narahatlıqlarla razılaşmadığını deyən Mun Ce-in bildirib ki, hökumət vaksinasiya ilə bağlı bir neçə ay əvvəl qəbul etdiyi proqramı planlı şəkildə icra edir.

 

Dövlət başçısı ilkin mərhələdə tibb işçiləri də daxil olmaqla xüsusi risk qrupundan olan şəxslərə peyvənd vurulacağını, bu məqsədlə kifayət qədər vaksin alındığını açıqlayıb.

 

Bir müddət əvvəl Cənubi Koreyanın səhiyyə qurumlarının rəsmiləri 36 milyon adamın vaksinasiya olunması üçün "AstraZeneca", "Janssen" və "Pfizer" şirkətlərindən peyvənd alınması ilə bağlı müqavilələr imzalandığını, habelə "Moderna" şirkəti ilə müqavilənin imzalanma ərəfəsində olduğunu bildiriblər.

 

Qeyd edək ki, bəzi mütəxəssislər hazırda Cənubi Koreyada COVID-19 pandemiyasının 3-cü dalğasının müşahidə olunduğu qənaətindədirlər. Rəsmi statistikaya əsasən, noyabrın ortasından başlayaraq gündəlik təsdiqlənmiş yoluxma sayı davamlı artır. Dekabrın 25-də isə sutkalıq antirekord (1237 yoluxma) qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib