Yoluxmanın azalması pandemiyanın geri çəkilməsi demək deyil - TƏBİB-in Elmi Komitəsinin sədri
02.08.2020 00:38

“Artıq 1 aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir etmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur. Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi. Son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olundu, hətta bəzən kəskin azalma baş verdi. Bu, gözlənilən hal idi, görülmüş tədbirlərin nəticəsi idi”.

 

Aztibb.az bildirir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”da qonaq olarkən deyib. Onun sözlərinə görə, yoluxmanın azalması pandemiyanın geri çəkilməsi demək deyil:

 

“Epidemik prosesin belə bir qanunauyğunluğu var ki, epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müəyyən qədər qala bilər. Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq. Pik vəziyyəti aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək. Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Yəni əksinə proses baş verir. Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni artıq pik vəziyyətindən çıxıb, azalmağa doğru gedirik. Sözsüz ki, müəyyən müddət sonra Operativ Qərargahın qərarından asılı olaraq növbəti yumşalma olacaq”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır