İtaliyada sərt karantin qaydaları yumşaldılıb
28.12.2020 17:09

İtaliyada Milad bayramı günlərində qüvvədə olan sərt karantin qaydaları yumşaldılıb.

 

Aztibb.az xəbər verir ki, dekabrın 28-dən yanvarın 4-dək ölkə ikinci ən yüksək xəbərdarlıq pilləsi olan “narıncı zona” elan edilib. Yeni qaydalara əsasən, ölkədə bütün ticarət obyektlərinin fəaliyyəti bərpa olunub, eləcə də şəhər və bələdiyyələr arasında səbəb göstərilmədən səfər edilməsinə icazə verilib. Lakin yanvarın 15-dək xaricdən İtaliyaya səfər edən hər bir şəxs 14 günlük özünütəcridlə hesablaşmalıdır.

 

Əhalisinin mütləq əksəriyyətinin katoliklərdən ibarət olduğu İtaliyada Milad bayramı əsas ailə bayramı hesab edilir və hökumətin Milad günlərində tətbiq etdiyi məhdudiyyətlər insanların sıx şəkildə bir araya gəlməsini, əsasən də ahıl insanların sağlamlığı üçün təhlükənin yaranması risklərini azaltmaqdan ibarət idi.

 

Bir çox Avropa ölkəsi kimi İtaliyada da dekabrın 27-də koronavirusa qarşı vaksinasiya kampaniyasına start verilib. Digər ölkələrdə olduğu kimi, burada da ilk mərhələdə yüksək risk qrupundan olan şəxslər və tibbi heyətə peyvənd vurulacaq. Baş nazir Cüzeppe Konte peyvənd gününü bütün qitə üçün tarixi hadisə kimi dəyərləndirib.

 

Bununla belə İtaliyada koronavirusla bağlı vəziyyət hələ də narahatlıq doğurur. Dekabrın 27-də ölkədə koronavirusla əlaqədar 305 ölüm halı qeydə alınıb, pandemiya başlayandan indiyədək ölüm hallarının sayı 71925 nəfərə çatıb. Hazırda İtaliyada yarım milyon insan ev şəraitində karantindədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub