Sarıkökün xalq təbabətində istifadəsi - İnanılmaz faydaları
28.12.2020 13:57
Sarıkök Azərbaycanda bitmədiyindən onun Qafqaz regionunda istifadə tarixi Hindistan, Çin, İndoneziya ilə müqayisədə o qədər də qədim deyil. Məsələn, qeyd olunan dövlətlərdə soyuqdəymə, revmatizmalar, dəri xəstəlikləri, doğuş rahatlaşdırıcı, süd artırıcı, yuxarı tənəffüs yolları xəstəlikləri, ishal, adət pozulmaları, oynaq ağrıları, köpmələr, mədə ağrıları, hamiləlik zamanı ürəkbulanmalar, immunitet artırıcı və s. kimi xəstəliklərdə geniş istifadə olunmaqdadır.
 
Aztibb.az xəbər verir ki, bunu həkim-fitoterapevt Fizuli Hüseynov deyib. 
 
O, qeyd edib ki, Azərbaycanda sarıkökdən daha çox yeməklərin bişirilməsi zamanı istifadə olunmuşdur. Sarıkök yeməklərə xüsusi bir ətir, dad və sarı rəng verir. Amma Azərbaycanda sarıkök həm də dərman bitkisi kimi - mədə ağrıları, iştahsızlıq, adət pozulmaları və revmatizmalarda istifadə olunmuşdur.
 
Sarıkök yuxarıda saydığımız xəstəliklərlə paralel revmatoidli poliartrit xəstəliyində, epilepsiyada, beyin-qan dövranı xəstəlikləri, yaddaşsızlıq, Alzhemier xəstəliyində, müxtəlif mənşəli sklerozlar, oynaq ağrıları, ağızda acılıq, müxtəlif mənşəli köpmələr, kolitlər, sağ qaraciyəraltı nahiyələrdəki ağrılarda, ekzemalarda, trofik yaralarda, əl-ayaq soyuqluğunda, yüksək xolesterində və başqa xəstəliklərdə çox faydalıdır. 
 
Sarıkök haqqında aşağıdakı elmi araşdırmalar aparılmışdır:
 
1. Həzm sisteminə təsiri;
2. Qurdqovucu təsiri;
3. Mədə-bağırsaq qazlarına müsbət təsiri;
4. Ödün istehsalını artırması;
5. Bədəni artıq şlaklardan təmizləməsi;
6. Qaraciyəri qoruyucu funksiyası;
7. İltihabəleyhinə təsiri;
8. Trombların əmələ gəlməsinə qarşı təsiri;
9. Qanda lipidlərin çoxalmasına qarşı təsiri;
10. Xərçəng əleyhinə antioksidant təsiri;
11. Bakteriyalar əleyhinə təsiri;
12. Göbələklər əleyhinə təsiri. Antifunqal;
13. Viruslar əleyinə təsiri. Antiviral;
14. Hüceyrə zəhərlənmələrinə qarşı təsiri. Sitotoksik;
15. Şişlər əleyhinə təsiri;
16. Dəri xəstəliklərinə qarşı təsiri.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama