Dünyanın 5 ölkəsində pandemiya ilə bağlı son vəziyyət
28.12.2020 11:07

ABŞ-da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının sayı 19 milyonu ötüb.

 

Ölkədə koronavirusa yoluxma hallarının sayı 19 132 446-ya çatıb. Yoluxma sayına görə Kaliforniya ştatı liderdir (2 156 111), onun ardınca isə Florida (1 271 979), İllinoys (937 909) və Nyu-York (922 145) ştatları qərarlaşıb.

 

ABŞ-da bu günədək COVID-19 qurbanlarının sayı 333 115 nəfər təşkil edir.

 

İsraildə son sutkada 3 888 nəfər COVID-19-a yoluxub.

 

Son sutkada ölkədə 16 nəfər koronavirusun qurbanı olub. Bununla da İsraildə COVID-19-dan ölənlərin sayı 3 226 nəfərə, yoluxanların say isə 403 530 nəfərə yüksəlib.

 

İndiyə qədər virusa yoluxan 364 713 pasiyent sağalıb.

 

Rusiyada son 24 saatda daha 27 787 nəfər koronavirusa yoluxub, 487 nəfər bu infeksiyadan dünyasını dəyişib.

 

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 3 078 035 nəfərə yüksəlib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 265 nəfərə çatıb.

 

Gürcüstanda ötən sutkada daha 538 nəfərdə koronavirus aşkarlanıb, 2 766 nəfər müalicə olunaraq sağalıb, 41 pasiyent isə ölüb.

 

Qonşu ölkədə indiyədək COVID-19-a 222 143 yoluxma halı təsdiqlənib. Yoluxanların 206 313-ü sağalıb, 2 418-i isə vəfat edib.

 

Hazırda karantin rejimində 427, stasionar nəzarətdə 5 624 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 311 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Ermənistanda son sutka ərzində COVID-19-a daha 114 yoluxma halı qeydə alınıb.

 

Son sutkada 7 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2775 nəfərə çatıb.

 

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 948 nəfər təşkil edir. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb